Главная > Manset / Dünya > Ağ Ev: Bayden G7 sammitində Zelenski ilə görüşə maraqlıdır

Ağ Ev: Bayden G7 sammitində Zelenski ilə görüşə maraqlıdır


20-05-2023, 09:11. Разместил: azadses
Ukrayna Prezidenti Volodimir Zelenski G7 sammitinin keçirildiyi Xirosimaya gəlsə, ABŞ Prezidenti Cozef Bayden onunla görüşə bilər.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib.

“Prezident Bayden Prezident Zelenski ilə təkbətək danışığı səbirsizliklə gözləyir”, - rəsmi deyib. Lakin o, bununla belə rəsmi məlumatın olmadığını da vurğulayıb.

Sallivan Zelenskinin Yaponiyaya gəlişinin təmin edilməsində ABŞ-ın əli olub-olmaması ilə bağlı sualı da cavablandırıb: “Zelenskini bura gətirən ölkə ABŞ deyil”.


Вернуться назад