Главная > Manset > Prezident bu sahə ilə bağlı 7 milyonluq sərəncam verdi
Prezident bu sahə ilə bağlı 7 milyonluq sərəncam verdi8-08-2020, 12:35. Разместил: azadses |
Prezident İlham Əliyev Azərbaycanda təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, sərəncamda bildirilir: 1. Respublika ərazisində modul tipli məktəblərin (siyahı əlavə olunur) quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğin 630 149 000,0 (altı yüz otuz milyon yüz qırx doqquz min) manatının bölgüsü”nün 1.9.2-ci yarımbəndində “Respublika ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması” üçün nəzərdə tutulmuş 7,0 (yeddi) milyon manat Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. Вернуться назад |