Главная > Manset / İdman > Azarkeşlər Messini fitə basdılar

Azarkeşlər Messini fitə basdılar


14-05-2023, 15:42. Разместил: azadses
PSJ azarkeşləri Lionel Messini fitə basıblar.

Komanda Liqa 1-in 35-ci turu çərçivəsində “Ayaçço” ilə qarşılaşır.

Stadiondakı diktor isinmə hərəkətləri zamanı komandaların heyətini açıqlayarkən Paris klubunun azarkeşlərindən bəziləri argentinalı hücumçuya öz etirazını bildirib.

Bir neçə saniyə sonra açıqlanan Kilian Mbappenin adı isə gurultulu alqışlarla qarşılanıb.
Qeyd edək ki, paytaxt klubu rəqibinin qapısından 5 cavabsız top keçirərək 3 xalı təmin edib - 5:0.

Mənbə: sports.ru


Вернуться назад