Главная > Manset / Cəmiyyət > Azərbaycan taekvondoçuları Avropa Multi Oyunlarında 3 medal qazanıblar

Azərbaycan taekvondoçuları Avropa Multi Oyunlarında 3 medal qazanıblar


12-05-2023, 11:38. Разместил: azadses
Gənc taekvondoçulardan ibarət Azərbaycan millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa Multi Oyunlarında 3 medal qazanıblar.

“Report” xəbər verir ki, yığmanın heyətində 48 kq çəki dərəcəsində Məhəmməd Həsənli gümüş medala yiyələnib.

Hüseyn Xudiyev (78 kq) və Ruslan Həsənzadə (+78 kq) Oyunları bürünc mükafatla bitiriblər.

Bu gün yeniyetmə taekvondoçular dayanq üzərinə çıxacaqlar. Milli bu yarışda 8 oğlan, 8 qız idmançı ilə çıxış edəcək.


Вернуться назад