Главная > Manset / İqtisadiyyat > Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 21 % artıb
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 21 % artıb11-05-2023, 21:11. Разместил: azadses |
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala 4 580 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 21,1 % çox vəsait yönəldilib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 25,8 %, qeyri-neft-qaz sektoruna investisiyalar isə 18,5 % artıb. 4 ay ərzində istifadə olunmuş vəsaitin 2 620,2 milyon manatı və yaxud 57,2 %-i məhsul istehsalı sahələrinə, 1 702,5 milyon manatı və yaxud 37,2 %-i xidmət sahələrinə, 257,3 milyon manatı və yaxud 5,6 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub. Hesabat dövründə əsas kapitala yönəldilmiş vəsaitlərin 3 344 milyon manatını və yaxud 73 %-ni daxili vəsaitlər təşkil edib, 3 252 milyon manatı və yaxud 71 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 47,1 %, büdcə vəsaitləri 36,7 %, əhalinin şəxsi vəsaitləri 6,8 %, bank kreditləri 3,7 %, sair vəsaitlər isə 5,7 % təşkil edib. Вернуться назад |