Главная > Manset / Siyasət > Azərbaycan XİN: "Ermənistan sülh prosesində maraqlı deyil"
Azərbaycan XİN: "Ermənistan sülh prosesində maraqlı deyil"11-05-2023, 20:19. Разместил: azadses |
"Ermənistanın təxribatlarının hər zaman olduğu kimi sülh sazişi üzrə danışıqların intensivləşdiyi, eləcə də liderlər arasında gözlənilən danışıqlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir". "Report" xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan tərəfindən törədilən növbəti hərbi təxribatlar barədə açıqlamasında əksini tapıb. "Ermənistanın danışıqlar prosesinə xələl gətirən bu kimi əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır", - nazirlikdən qeyd olunub. Bildirilib ki, Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələri bütün lazımı tədbirləri görür: "Vəziyyətin qəsdən gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür". Вернуться назад |