Главная > Manset / Dünya > Çin və Fransanın xarici işlər nazirləri telefonla danışıb

Çin və Fransanın xarici işlər nazirləri telefonla danışıb


11-05-2023, 09:58. Разместил: azadses
Çinin xarici işlər naziri Sin Qan fransalı həmkarı Ketrin Kolonna ilə telefon danışığında ölkələr arasında qarşılıqlı fəaliyyətin yeni sahələrini davamlı olaraq inkişaf etdirməyi təklif edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) saytında məlumat verilib.

“Çin və Fransa yüksək səviyyədə sıx əlaqələr saxlamalı, daima yeni əməkdaşlıq sahələrini araşdırmalıdırlar”, - məlumatda qeyd edilib.

Çin XİN başçısı iki ölkə arasında etibarlı təchizat zəncirinin təmin edilməsinin vacibliyinə diqqət çəkib.

“Beynəlxalq məsələlər üzrə əməkdaşlığı gücləndirmək, qlobal çağırışlara birgə mübarizə aparmaq lazımdır”, - o əlavə edib.

Onun sözlərinə görə, Pekin davamlı olaraq xarici iqtisadi əməkdaşlığa qoyulan məhdudiyyətlərin aradan qaldırılması siyasətini davam etdirəcək və intensiv inkişaf modelinin formalaşdırılmasına təkan verəcək.


Вернуться назад