Главная > Manset / İdman > Azərbaycanda 100-ə yaxın idmançı bir araya toplaşdı - SƏBƏB
Azərbaycanda 100-ə yaxın idmançı bir araya toplaşdı - SƏBƏB10-05-2023, 20:45. Разместил: azadses |
Azərbaycan Braziliya Ciu-citsu Klubu İctimai Birliyinin təşkilatçılığı ilə Braziliya Ciu-citsu döyüş sənəti üzrə seminar keçirilib. Braziliya Ciu-citsu döyüş sənətinin Azərbaycandakı banisi Taleh Həsənov tərəfindən təşkil edilən seminarda 100-ə yaxın idmançı iştirak edib. Seminar çərçivəsində imtahanlar verilib, müxtəlif dərəcələr alınıb. Bundan başqa, seminarda məşqçilərin uşaqlara qarşı münasibət və davranışları da müzakirə edilib. Onlara uşaqlarla yumşaq davranmaq, düzgün təlim-tərbiyə keçmək tövsiyə olunub. Tədbirdə idmançılar fəndlər göstərdikdən sonra onların kəmər dərəcələri yoxlanılıb. Seminarda azyaşlılarla yanaşı məşqçilərə də təlim keçirilib. Вернуться назад |