Главная > Manset / Cəmiyyət > ABŞ Azərbaycan və Ermənistan başçıları arasında Brüsseldə görüşün keçirilməsini alqışlayır
ABŞ Azərbaycan və Ermənistan başçıları arasında Brüsseldə görüşün keçirilməsini alqışlayır9-05-2023, 15:15. Разместил: azadses |
ABŞ Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə Avropa İttifaqı Şurasının sədri Şarl Mişellə görüşməsi barədə xəbəri alqışlayır. “Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun tviter səhifəsində yerləşdirilmiş paylaşımda bildirilib. “Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının sədri Şarl Mişellə görüşəcəkləri ilə bağlı xəbəri alqışlayırıq. Vaşinqtondakı danışıqlardan sonra bu görüş gələcək irəliləyiş üçün zəmin yaradacaq”, - paylaşımda deyilir. Вернуться назад |