Главная > Manset / İdman > Avropada günün maraqlı futbol oyunları - AFİŞA

Avropada günün maraqlı futbol oyunları - AFİŞA


7-05-2023, 11:41. Разместил: azadses
Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol matçları keçiriləcək.

Oxu.Az xəbər verir ki, İngiltərə Premyer Liqasında çempionluğa oynayan “Arsenal” “Nyukasl”ın qonağı olacaq. Matç saat 19:30-da (bütün saatlar Bakı vaxtı ilə göstərilib - red.) başlayacaq. “Mançester Yunayted” bu tur “Vest Hem”in qonağı olacaq.

Fransa Liqa 1-də lider PSJ “Trua”nın qonağı olacaq. Matç saat 22:45-də başlayacaq.

Almaniya Bundesliqasında çempionluq mübarizəsini davam etdirən Dortmund “Borussiya”sı “Volfsburq”u sınağa çəkəcək. Qarşılaşmanın start fiti saat 22:45-də səslənəcək.

İtaliya A Seriyasında “Yuventus” “Atalanta”nın qonağı olacaq. Görüş saat 14:30-da başlayacaq. Saat 20:00-da isə çempionluğu ötən tur rəsmiləşdirmiş “Napoli” öz meydanında “Fiorentina” ilə üz-üzə gələcək.

Türkiyə Super Liqasında çempionluğa oynayan “Fənərbağça” “Giresunspor”un qonağı olacaq.

Avropada günün maraqlı futbol oyunları

7 may

İngiltərə Premyer Liqası

19:30. “Nyukasl” - “Arsenal”

22:00. “Vest Hem” - “Mançester Yunayted”
Fransa Liqa 1

22:45. “Trua” - PSJ

Almaniya Bundesliqası

22:45. “Borussiya” (Dortmund) - “Volfsburq”

İtaliya A Seriyası

14:30. “Atalanta” - “Yuventus”

20:00. “Napoli” - “Fiorentina”

Türkiyə Super Liqası

20:00. “Giresunspor” - “Fənərbağça”

Faiq Tahirov


Вернуться назад