Главная > Manset / Dünya > Niderland baş naziri: “F-16 tabu deyil...”
Niderland baş naziri: “F-16 tabu deyil...”5-05-2023, 10:21. Разместил: azadses |
Niderland Ukraynaya müasir təyyarələrin tədarükü ilə bağlı Avropa ölkələri və digər tərəfdaşlarla işləyir. Bu barədə Niderlandın baş naziri Mark Rutte bildirib. “F-16 ilə bağlı heç bir tabu yoxdur. Biz Belçika, Danimarka, Böyük Britaniya və digər tərəfdaşlarla bunu sona çatdırmaq üçün çox sıx işləyirik. Bu, çox həssas mövzudur”, - deyə o bildirib. Niderland hökumətinin başçısı müasir təyyarələrin Ukraynaya təhvil verilməsini digər silah növlərinin, xüsusən də haubitsaların və Leopard tanklarının tədarükü ilə müqayisə edib. “Bu, başa çatıb. Hazırda biz Ukraynaya digər avadanlıqlar tədarük edirik. F-16 üçün parlament və hökumətdən dəstək axtarırıq”, - deyə o əlavə edib. Вернуться назад |