Главная > Manset / Dünya > Bayden Ağ Evin qonağına susmağı tövsiyə edib

Bayden Ağ Evin qonağına susmağı tövsiyə edib


2-05-2023, 08:26. Разместил: azadses
ABŞ Prezidenti Cozef Bayden Ramazan ayının sonu şərəfinə təşkil edilən ziyafətdə dövlət başçısına ilk müsəlman hakimi haqqında danışmaq istəyən Ağ Ev qonağına susmağı tövsiyə edib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

“Bura çıxıb çıxış etmək istəyirsən? Sus oğlan. Anam belə deyərdi”, - Bayden bildirib.

Bundan əlavə, Nyu-Cersi ştatının Prospekt Park şəhərinin meri Muhamed Xayrulunun Ağ Evdəki qəbulda iştirakına icazə verilməyib. Lakin məxfi xidmət rəsminin məhz niyə Ağ Evə buraxılmadığını izah etməyib.

Qeyd edək ki, ötən ilin sentyabr ayında Bayden Viskonsin ştatında onun çıxışını yarımçıq qoymağa çalışan etirazçını “axmaq” adlandırmışdı.


Вернуться назад