Главная > Manset / Cəmiyyət > 17 yaşlı oğlanı bacısının fotoları ilə şantaj etdilər
17 yaşlı oğlanı bacısının fotoları ilə şantaj etdilər27-04-2023, 19:07. Разместил: azadses |
Ağcabədidə polisə 17 yaşlı oğlanın şantajla üzləşməsi barədə müraciət daxil olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polisə müraciət edən 1984-cü il təvəllüdlü Sədaqət Abbasov (bütün ad-soyadlar şərtidir - red.) oğlu, 2006-cı il təvəllüdlü Aslanın 2005-ci il təvəllüdlü Məhəmməd Mirzəyev tərəfindən şantaj edildiyini bildirib. O şikayət ərizəsində qeyd edib ki, 18 yaşlı Məhəmməd onun qızının fotolarını əldə edib. Daha sonra oğlunu fotoları yaymaq hədəsi ilə şantaj etməyə başlayıb. Atanın iddiasına görə, həmin şəxs hədə-qorxu yolu ilə 17 yaşlı oğlandan 100 manat alıb. Müraciətlə bağlı Ağcabədi RPŞ-də araşdırma aparılır. Вернуться назад |