Главная > Manset / Siyasət > Azərbaycan Prezidenti: “Ermənistan üzərinə düşən öhdəliklərini yerinə yetirməyib”
Azərbaycan Prezidenti: “Ermənistan üzərinə düşən öhdəliklərini yerinə yetirməyib”27-04-2023, 15:16. Разместил: azadses |
Prezident İlham Əliyev Fransanın Avropa və xarici işlər nazirinin regiona səfəri çərçivəsində eyni zamanda regional əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin də müzakirə ediləcəyinə ümidvar olduğunu bildirib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə söhbət əsnasında 44 günlük Vətən müharibəsi başa çatandan dərhal sonra məhz ölkəmizin Ermənistanla qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaqla sülh müqaviləsi imzalamaq təklifini irəli sürdüyünü və bunun üçün rəsmi İrəvana beş prinsip təqdim etdiyini vurğulayıb. Dövlətimizin başçısı 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanmasından və 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Ermənistanın öz üzərinə düşən öhdəliklərini yerinə yetirmədiyini diqqətə çatdırıb. Вернуться назад |