Главная > Manset / Dünya > Venesuela ABŞ-nin sanksiyaları səbəbindən 8 ildə 232 milyard dollar itirib
Venesuela ABŞ-nin sanksiyaları səbəbindən 8 ildə 232 milyard dollar itirib22-04-2023, 10:58. Разместил: azadses |
Venesuela Qərbin sanksiyaları səbəbindən səkkiz ildə 232 milyard dollar itirib. “Report” xəbər verir ki, bu barədə ölkənin icraçı vitse-prezidenti Delsi Rodriges “Venezolana de Television” dövlət telekanalının efirindəki “Beynəlxalq blokada şəraitində Venesuela iqtisadiyyatının bərpası üçün xalq birliyi” seminarında çıxış edərkən bildirib. “2015-ci ildən bəri biz hər il təxminən 29 milyard dollar itiririk”, - siyasətçi vurğulayıb. Onun sözlərinə görə, ABŞ-nin məhdudlaşdırıcı tədbirlər tətbiq etməsindən sonra “Venesuela 232 milyard dollar itirib ki, bu da bəzi illərdə valyuta gəlirlərinin 99 %-ni itirməsi deməkdir”. Вернуться назад |