Главная > Manset / Dünya > Ukrayna Baş Qərargahı: “Rusiya yaralı hərbçilərini ərazisinə buraxmayıb, onlardan bəziləri ölüb”

Ukrayna Baş Qərargahı: “Rusiya yaralı hərbçilərini ərazisinə buraxmayıb, onlardan bəziləri ölüb”


22-04-2023, 09:26. Разместил: azadses
Rusiya Ukraynanın işğal altındakı Luqansk vilayətindən ərazisinə daxil olmaq istəyən yaralı işğalçıları olan yük maşınlarını buraxmaqdan imtina edib, tibbi yardım göstərilmədiyi üçün hərbçilərin bir qismi ölüb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının feysbukdakı xülasəsində bildirilib.

“Düşmən aprelin 17-də müvəqqəti işğal olunmuş Luqansk vilayətindən Belqorod vilayətinin Urazovo qəsəbəsi istiqamətində tibbi təxliyyə həyata keçirməyə cəhd edib. Yaralı işğalçıların daşınmasına 14 yük maşını cəlb edilib. Ukraynanın dövlət sərhədini keçməyə cəhd edərkən Rusiya tərəfi hərbi karvanı buraxmayıb və geri qaytarıb. Məlumdur ki, bu zaman düşmənin hərbi qulluqçularının bir hissəsi lazımi tibbi yardım göstərilmədiyindən sağ qalmayıb”.

Baş Qərargah qeyd edib ki, Rusiya ərazisinə daxil olmaq üçün uğursuz cəhddən sonra 50-dən çox ağır yaralı işğalçı Luqansk vilayətindəki Troitsk Mərkəzi Rayon Xəstəxanasının bazasında yerləşdirilən xəstəxanaya aparılıb.


Вернуться назад