Главная > Manset / Dünya > Türkiyə enerji qovşağı vasitəsilə ildə 45 milyard kubmetr ixrac edə biləcək

Türkiyə enerji qovşağı vasitəsilə ildə 45 milyard kubmetr ixrac edə biləcək


21-04-2023, 12:01. Разместил: azadses
Türkiyə öz ərazisində beynəlxalq enerji qovşağının yaradılması sayəsində təxminən 45 milyard kubmetr təbii qaz ixrac edə biləcək.

"Report" xəbər verir ki, bunu "Habertürk" telekanalının efirində ölkənin energetika naziri Fatih Dönməz deyib.

"Türkiyə boru kəmərləri vasitəsilə Rusiya, Azərbaycan və İrandan təbii qaz alır. Bizim ildə 100 milyarda yaxın qaz almaq imkanımız var ki, bunun da 45 milyardını ixrac etmək olar. Bunun üçün beynəlxalq enerji mərkəzi yaradılır. Texniki imkanlarımızdan istifadə etmək istəyən onun müştərisi ola biləcək ölkələrlə danışıqlar aparmışıq”, - Energetika Nazirliyinin rəhbəri onların arasında Türkiyənin qonşuları və bəzi Asiya ölkələrinin də olduğunu qeyd edib.

Dönməzin sözlərinə görə, mərkəz bir növ enerji supermarketi olacaq və burada qazın tələb və təklif əsasında ticarəti aparılacaq.

"Ticarət əhəmiyyətli həcmdə aparılacaq və Türkiyə bundan qazanc əldə edəcək", - nazir qeyd edib.


Вернуться назад