Главная > Manset / Dünya > ABŞ-ın Montana ştatı “TikTok”u qadağan edən qanun qəbul edib

ABŞ-ın Montana ştatı “TikTok”u qadağan edən qanun qəbul edib


15-04-2023, 13:05. Разместил: azadses
ABŞ-ın Montana ştatında qanunvericilər “TikTok” mobil tətbiqini qadağan edən qanun qəbul ediblər.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

Qeyd olunub ki, SB 419 kimi tanınan qanun layihəsi mobil proqram mağazalarının Montanadakı istifadəçilərə “TikTok”u yükləmək üçün təklif etməsinə mane olacaq.

Eyni zamanda, qanun layihəsinin qüvvəyə minəcəyi təqdirdə mobil proqram mağazaları ilə məşğul olan “Apple” və “Google” qadağanı pozduqlarına görə cərimələnəcək.

Dövlətin qadağanı necə tətbiq edəcəyi hələlik bəlli deyil. Qanun layihəsi imzalanması üçün Montana qubernatoru Qreq Ganforteyə göndərilib.
Вернуться назад