Главная > Manset / İdman > Azərbaycan ağırlıqqaldıranı İrəvandakı Avropa çempionatında bu gün mübarizəyə başlayacaq

Azərbaycan ağırlıqqaldıranı İrəvandakı Avropa çempionatında bu gün mübarizəyə başlayacaq


15-04-2023, 12:44. Разместил: azadses
Bu gün Ermənistanın paytaxtı İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatı start götürəcək.

“Report”un məlumatına görə, birinci gündə Azərbaycan yığmasının bir idmançısı mübarizəyə qoşulacaq.

İlk olaraq körpücük üzərinə Nazilə İsmayılova çıxacaq. O, 49 kq çəki dərəcəsində mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan millisinin heyətində kişilərin yarışında İsa Rüstəmov (67 kq) aprelin 17-də, Ömər Cavadov (73 kq) 18-də, Əli Şükürlü (102 kq) isə 22-də yarışacaq. Qitə birinciliyinə ayın 23-də yekun vurulacaq.


Вернуться назад