Главная > Manset / Cəmiyyət > ADY: Bakı-Ağstafa marşrutu üzrə əlavə reys təyin edilir

ADY: Bakı-Ağstafa marşrutu üzrə əlavə reys təyin edilir


14-04-2023, 15:31. Разместил: azadses
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Ramazan bayramı ilə əlaqədar Bakı-Ağstafa marşrutu üzrə artan sərnişin tələbatını qarşılamaq məqsədi ilə 21 aprel tarixinə əlavə reys təyin edib.

Bu barədə Oxu.Az-a ADY-dən məlumat verilib.

Belə ki, müvafiq tarixdə əlavə reys üzrə səhər saat 08:25-də Bakı Dəmiryol Vağzalından Ağstafaya yola düşən qatar saat 13:20-də mənzil başına çatacaq.
Qeyd edək ki, Bakı-Ağstafa marşrutu üzrə ənənəvi reysin qrafikinə əsasən, hər gün saat 08:45-də yola çıxan qatar saat 13:40-da mənzilbaşına çatır, Ağstafa-Bakı marşrutu üzrə isə qatar hər gün saat 17:10-da yola düşərək Bakı Dəmiryol Vağzalına saat 22:05-də çatır.

Bakı-Ağstafa-Bakı marşrutu üzrə səfər edən sərnişinlərin bayram tətili günləri və bayramın sonunda hər iki istiqamətə rahat və vaxtında çatdırılmasında əlavə reysə ehtiyac yaranarsa, tələbat müvafiq qaydada təmin ediləcək.


Вернуться назад