Главная > Manset / Dünya > Qızılın qiyməti illik maksimuma çatdı

Qızılın qiyməti illik maksimuma çatdı


14-04-2023, 12:03. Разместил: azadses
“Comex” birjasında (Nyu-York əmtəə birjasının bölməsi – red.) ticarət zamanı qızılın qiyməti 1 troya unsiyası üçün 2050 dollardan yuxarı qalxıb.

Qiymətli metalın qiyməti sonuncu dəfə 9 mart 2022-ci ildə bu həddə çatıb.

Qızıl hasilatı ilə məşğul olan şirkətlərin səhmləri də bahalaşıb.
Ekspertlər dünyada artan siyasi və iqtisadi gərginlik fonunda qızılın bahalaşmaqda davam edəcəyini proqnozlaşdırırlar.

Mənbə: TASS


Вернуться назад