Главная > Manset / Dünya > Nazir: "Türkiyə Ukraynada müharibənin dayandırılması və sülh üçün çalışan yeganə dövlətdir"

Nazir: "Türkiyə Ukraynada müharibənin dayandırılması və sülh üçün çalışan yeganə dövlətdir"


13-04-2023, 12:17. Разместил: azadses
“Türkiyə dünyada fikirləri nəzərə alınan, tərəflər arasında vasitəçi olan, bütün ölkələrlə əlaqələri yaxşılaşdırmağa çalışan dövlət və siyasi aktordur. Belə məsələlər olanda biz yada düşürük”.

“Report”un xəbərinə görə, bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Cümhuriyyətin 100-cü ilində Türkiyənin xarici siyasəti” simpoziumunda çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə Xarici İşlər Nazirliyi təhlükəsizlik orqanlarından sonra ən çox şəhid verən qurumdur: “Mənim də gəncliyimdə diplomatiyaya maraq göstərməyimin əsas səbəbi bu olub. Biz bütün təhdidlərə, hücumlara baxmayaraq, diplomatiya sahəsində xidmətə davam edirik”.

M.Çavuşoğlu xatırladıb ki, Türkiyə Ukraynada müharibənin dayandırılması və sülh üçün çalışan yeganə dövlətdir: “Buna baxmayaraq, vəzifəmizə davam edirik. İrqçiliklə, islomofobiya ilə mübarizəni dayandırmırıq”.

Nazirin sözlərinə görə, Türkiyə XİN koronavirus pandemiyası və fevralın 6-da baş vermiş dəhşətli zəlzələ zamanı da işinin öhdəsindən layiqincə gəlib: “Mən belə bir qurumda işləməkdən qürur duyuram. Türkiyənin 100 ilində daha ədalətli dünya qurmaq üçün çalışacağıq”.


Вернуться назад