Главная > Manset / Cəmiyyət > QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Strateji Planı hazırlanır
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Strateji Planı hazırlanır13-04-2023, 16:31. Разместил: azadses |
Aprelin 12-13-də Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının genişləndirilmiş səyyar iclası keçirilib. Agentlikdən "Report"a verilən məlumata görə, iclasda təcrübəli QHT ekspertləri və təmsilçiləri, Agentliyin Müşahidə Şurasının üzvləri və əməkdaşları iştirak ediblər. İclasın keçirilməsində əsas məqsəd Agentliyin güclü və zəif cəhətlərinin, imkan və çətinliklərinin təhlili, missiya və viziyonun, 2024 – 2026-ci illər üzrə strateji məqsədlərinin müəyyənlşdirilməsi və strateji məqsədlərə çatmaq üçün fəaliyyət planının hazırlanması idi. İclasda dəvət olunmuş QHT nümayəndələri ilə birlikdə “Agentliyin 2024 – 2026-ci illər üzrə Strateji Planı”nının hazırlanması ilə bağlı müzakirələr aparılıb. Təcrübəli QHT ekspertləri və təmsilçiləri, Müşahidə Şurası üzvləri, Agentliyin icra aparatının əməkdaşlarından ibarət formalaşdırılmış 3 qrupun hər birində Strateji Planla bağlı 4 sessiyada ideya və təkliflərini irəli sürülmüş, müzakirələr və fikir mübadiləsi aparılmışdır. Hər bir sessiya müzakirəsindən sonra qruplar tərəfindən verilmiş təkliflər iştirakçılar tərəfindən təhlil edilib, sistemləşdirilib və ilkin layihə kimi təqdim edilib. Strateji Planın hazırlanması ilə əlaqədar QHT təmsilçiləri ilə məsləhətləşmələrin davam etdiriləcəyi və müzakirə mərhələsindən sonra qəbul ediləcəyi bildirilib. Strateji Planın ayrı-ayrı hissələri ilə bağlı QHT təmsilçiləri ilə müzakirələrin canlı və onlayn formatda aparılması nəzərdə tutulur və onlarla bütün proses boyu sıx əməkdaşlıq davam edəcək. Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev Müşahidə Şurasının iclasını açıq elan edib. İlk öncə aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutması nəticəsində şəhid olan 3 nəfər hərbi qulluqçunun xatirəsini 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra Vüsal Quliyev bildirib ki, Strateji Planı hazırlayan zamanı həm vətəndaş cəmiyyətinin inkişafı məsələlərini və eləcə ölkəmizin inkişaf strategiyasının prioritetlərini diqqətdə saxlamaq vacibdir: “Biz təmin etməliyik ki, dövlətin QHT-lərə dəstəyi məqsədyönlü, aktual və təsirli olsun. Bu QHT-lərə öz məqsədlərinə nail olmaq, cəmiyyət və icmalar səviyyəsində müsbət dəyişiklik yaratmağa real kömək etsin. Biz təmin etməliyik ki, strateji planımız hərtərəfli, bütün maraqlı tərəflərin yanaşmasını nəzərə alan, yaxşı düşünülmüş və icra edilə bilən olsun. Biz həmçinin əmin olmalıyıq ki, o, konkret və ölçülə bilən məqsədləri, vaxt qrafiklərini və məsuliyyəti ehtiva edir”. Вернуться назад |