Главная > Manset / Dünya > Ərdoğan: “Xalqımız Qərbin Türkiyə ilə bağlı planlarını mayın 14-də pozacaq”
Ərdoğan: “Xalqımız Qərbin Türkiyə ilə bağlı planlarını mayın 14-də pozacaq”13-04-2023, 08:53. Разместил: azadses |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə mayın 14-də keçiriləcək prezident seçkilərinin bir turla məhdudlaşacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, 14 may seçkiləri Türkiyənin Qərbə mesajı olacaq. “Qərbin Türkiyə ilə bağlı öz planları var. Makronun Çinə səfərinin məqsədi nə idi? Çinə niyə getdi? Əldə etdiyimiz nəticələrə görə Le Pen Makronu qabaqlayıb. Qərb deyir ki, Ərdoğanın əleyhinədir. Amma xalqımız mayın 14-də bu planları pozacaq. Biz indi öz işlərimizlə məşğuluq. 14 may seçkiləri tarixdə dönüş nöqtəsi olacaq”, - deyə Türkiyə Prezidenti bəyan edib. O, vurğulayıb ki, bu seçkilərin nəticələri təkcə Qərbdə deyil, İslam dünyası ölkələrində də yaxından izlənilir. Mənbə: Haber Global Вернуться назад |