Главная > Manset / Cəmiyyət > İlham Əliyev dünənki erməni təxribatından DANIŞDI
İlham Əliyev dünənki erməni təxribatından DANIŞDI12-04-2023, 13:22. Разместил: azadses |
“Azərbaycan tərəfindən Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndə təyin olunub və erməni sakinlər Bakıya həm reinteqrasiya, həm də müxtəlif infrastruktur layihələrinin müzakirəsi məqsədilə dəvət edilib”. AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul edərkən bildirib. Dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasında ikitərəfli əsasda sülh müqaviləsi üzrə və münasibətlərin normallaşdırılması istiqamətində danışıqların aparıldığını diqqətə çatdırıb. Dünən Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidentə toxunan Azərbaycan Prezidenti bunun Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribat olduğunu vurğulayıb. Вернуться назад |