Главная > Manset / Dünya > Seyran Ohanyanın cinayət işinin istintaqı yekunlaşıb, ittiham irəli sürülüb
Seyran Ohanyanın cinayət işinin istintaqı yekunlaşıb, ittiham irəli sürülüb11-04-2023, 19:21. Разместил: azadses |
Ermənistanın keçmiş müdafiə naziri, hazırda parlamentdəki müxalif “Ermənistan” fraksiyasının başçısı Seyran Ohanyan və daha 12 nəfər barəsində cinayət işinin ibtidai istintaqı yekunlaşıb. “Report” xəbər verir ki, məlumatı “Aysor” yayıb. Haqqlarında cinayət işi başlanılan 12 nəfərdən S.Ohanyan da daxil olmaqla 9 nəfərə qarşı ittiham irəli sürülüb. Xatırladaq ki, S.Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub. Bir müddət əvvəl Ermənistanın baş prokuroru Anna Vardapetyan bildirib ki, S.Ohanyan 2005 və 2009-cu illərdə Ararat vilayətində hərbi hissənin ərazisinin qanunsuz satılması ilə bağlı iki dəfə əmr verib. Torpağın bir hissəsi 3-cü ordu korpusunun keçmiş komandanı Qriqori Xaçaturova satılaraq Edqar Arşakyanın adına sənədləşdirilib. İkinci hissə isə 2009-cu ildə Norayru Karapetyana satılıb. S.Ohanyan külli miqdarda dövlət əmlakının mənimsəmkdə, vəzifə səlahiyyətlərindən sui-istifadədə, israfçılıq yolu ilə xüsusilə külli miqdarda əmlak mənimsəməkdə ittiham olunur. Qeyd edək ki, fevralın 8-də Ermənistan parlamenti S.Ohanyana qarşı cinayət işinin başlanmasına razılıq verib. S.Ohanyan Rusiyanın 366-cı motoatıcı alayı tərkibində Xocalı soyqırmını törətəməkdə iştirak edib. Вернуться назад |