Главная > Manset / İqtisadiyyat > Dünya bazarında neftin qiyməti cüzi artıb
Dünya bazarında neftin qiyməti cüzi artıb11-04-2023, 18:43. Разместил: azadses |
Dünya bazarında neftin qiyməti 0,65 % bahalaşıb. “Report” "İnterfaks"a istinadən xəbər verir ki, “Brent” markalı neftin iyun fyuçersləri 84,73 ABŞ dollarına satılıb. "WTI" markalı neftin may fyuçerslərinin qiyməti isə 0,74 % artaraq 1 bareli 80,33 ABŞ dolları təşkil edib. Bu həftə bazarın diqqəti OPEC, Beynəlxalq Enerji Agentliyi (BEA) və ABŞ Energetika Nazirliyinin hesabatlarının dərcinə yönəlib. Bundan əlavə, ABŞ-da inflyasiya ilə bağlı mart ayı üzrə məlumatların açıqlanması gözlənilir. Вернуться назад |