Главная > Manset / Cəmiyyət > Azərbaycan və Qazaxıstan KOB-lar arasında əməkdaşlığı təşviq edəcək

Azərbaycan və Qazaxıstan KOB-lar arasında əməkdaşlığı təşviq edəcək


11-04-2023, 11:33. Разместил: azadses
Azərbaycan və Qazaxıstanın KOB-ları arasında əməkdaşlığın təşviqi və dəstəklənməsi, ticarət, investisiya imkanları, iqtisadi əməkdaşlıq, KOB sahəsində yeniliklər və müxtəlif tədbirlərə dair qarşılıqlı məlumat, KOB-lara xidmət sahəsində təcrübə mübadiləsi, KOB-lar arasında əməkdaşlığın gücləndirilməsi üçün birgə tədbir və sərgilərin təşkili kimi məsələlər nəzərdə tutulur.

"Report" İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir ki, bunlar, ötən gün qurumun Qazaxıstanın Xarici Ticarət Palatası ilə imzaladığı Anlaşma Memorandumunda öz əksini tapıb.

Sənədi Prezident İlham Əliyevin Qazaxıstana rəsmi səfəri çərçivəsində Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və Palatanın İdarə Heyətinin sədri Ayan Yerenov imzalayıblar.


Вернуться назад