Главная > Manset > Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək
Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək4-08-2020, 07:50. Разместил: azadses |
Bu gündən Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyası öz işinə başlayır. “Report” xəbər verir ki, parlamentin 59 deputatı Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə əsasən, növbədənkənar sessiyanın çağırılmasını tələb edib. Bu tələbi nəzərə alan Milli Məclisin Sədri S.Qafarova avqustun 4-dən etibarən parlamentin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb. Növbədənkənar sessiyanın çağırılması ilə əlaqədar olaraq bu gün – avqustun 4-də Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin iclası keçiriləcək. Komitə iclaslarında 2020-ci ilin dövlət büdcəsinin zərfinə daxil olan məsələlər müzakirə olunacaq. Avqustun 5-i, 6-ı və 7-də isə Milli Məclisin plenar iclasları keçiriləcək. Bundan əlavə, qanunvericiliyə uyğun olaraq, deputatlar avqustun 4-dən sessiyanın bitəcəyi tarixə qədər məzuniyyətdən geri çağırılıblar. Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətə buraxılmışdı. Вернуться назад |