Главная > Manset > Çimərliyə getmək istəyənlər üçün sayt yaradılıb? - Rəsmi cavab

Çimərliyə getmək istəyənlər üçün sayt yaradılıb? - Rəsmi cavab


3-08-2020, 12:04. Разместил: azadses
Ötən gün Bakı şəhərində çimərliyə onlayn növbə tutduqdan sonra getmək mümkün olacağı barədə xəbər yayılıb. Onlayn növbə prosedurunu həyata keçirmək üçün “cimerlik.az” saytının hazırlanıb, yaxın vaxtlarda istifadəyə veriləcəyi qeyd olunub.
Teleqraf.com xəbəri dəqiqləşdirmək üçün Nazirlər Kabineti yanında Operativ Qərargahla əlaqə saxlayıb.
Qərargahdan bu barədə məlumatın olmadığı bildirilib.
Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin mətbuat katibi Rəvanə Əliyeva da xəbəri oxuduğunu, lakin məsələdən məlumatsız olduğunu bildidbi: "Sözügedən saytı mən də axtarış verdim, lakin tapa bilmədim. Bu sistem ASAN Xidmət tərəfindən icaze.e-gov.az portalı vasitəsilə tətbiq olunmalıdır".

Вернуться назад