Главная > Manset > Deputat Prezidentin Şəki səfərini şərh etdi

Deputat Prezidentin Şəki səfərini şərh etdi


1-08-2020, 08:50. Разместил: azadses
“Cənab Prezident İlham Əliyevin Şəkiyə səfəri, həmişə olduğu kimi, bu dəfə də şəkililərin sevincinə səbəb oldu. Dövlət başçısı Şəkildə həm yol infrastrukturunun açılışında, həm də koronavirus xəstələri üçün modul tipli xəstəxananın açılışında iştirak etdi”.
Bunu Oxu.Az-a açıqlamasında 113 saylı Şəki Şəhər Seçki Dairəsindən Milli Məclisə deputat seçilən Vüqar İskəndərov deyib.
O, Prezidentin Şəkidə 10-cu dəfə səfərdə olduğunu xatırladıb.
“Ölkə başçısı dedi ki, Şəkiyə səfərləri çərçivəsində onlarla obyektin açlışında, təməlqoyma mərasimində və sair tədbirlərdə iştirak edib. Cənab Prezidentin açılışını etdiyi obyektlər bu gün Şəki əhalisinə çox uğurla xidmət edir”, - deyə V.İskəndərov əlavə edib.
Millət vəkili söyləyib ki, Prezident çıxışında Azərbaycanın koronavirus pandemiyasına qarşı uğurlu mübarizəsindən danışıb.
V.İskəndərov qeyd edib ki, Azərbaycan koronavirus pandemiyasına qarşı uğurlu mübarizə aparan öncül ölkələrdən biridir.
Parlamentarinin fikrincə, dünya tibbi pandemiyaya hazır deyildi.
“Biz inkişaf etmiş ölkələrdə koronavirusla bağlı hansı proseslərin getdiyinin şahidi olduq. Həmin ölkələrdə koronavirus xəstələrinin sayının necə artmasını və ölüm hallarının çox olduğunu gördük.
Azərbaycanda isə vaxtında preventiv işlər görüldüyü üçün ağır fəsadlarlardan kənarda qaldıq. Biz bugünkü dinamikanı da görürük və inkişaf etmiş ölkələrlə müqayisədə hansı səviyyədə olduğumuz aydındır”.
Deputatın sözlərinə görə, Azərbaycanda koronavirusla mübarizə çərçivəsində vaxtında görülmüş işlərdən ən böyüyü qısa müddət ərzində modul tipli xəstəxanaların tikintisidir.
Dövlət başçısı iyulun 29-da Şəkidə koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın istifadəyə verilməsi mərasimində deyib ki, qısa müddət ərzində 10 xəstəxana qurulmalı idi. Artıq doqquzu hazır vəziyyətdədir:
“Onuncu xəstəxana isə yəqin ki, avqust ayında istifadəyə veriləcək. Beləliklə, bu proqram tam icra edilir. Bu günə qədər beş xəstəxana açılıb və 10 xəstəxananın fəaliyyəti nəticəsində bizim əlavə iki min çarpayılıq xəstəxanalarımız olacaq”.
Millət vəkili V.İskəndərov xatırladıb ki, Prezident pandemiya ilə mübarizə sahəsində ölkəmizdə tibbi maskaların, dezinfeksiya vasitələrinin, həkimlər üçün kombinezonların istehsalına başlandığını da deyib.
“Bu bir çox ölkələrlə müqayisədə daha effektiv addım atmağımıza bariz nümunədir. Əbəs yerə deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı koronavirusla mübarizədə nümunəvi ölkə kimi qiymətləndirib”, - deyə V.İskəndərov əlavə edib.
Parlamentari qeyd edib ki, Prezident səfəri çərçivəsində Şəki ilə bağlı gələcəyə istiqamətlənmiş dəyərli və vacib planların olduğunu söyləyib.

Вернуться назад