Главная > Manset > Los-Anceles meri erməni vandallarının azərbaycanlılara qarşı hücumlarını pisləyib
Los-Anceles meri erməni vandallarının azərbaycanlılara qarşı hücumlarını pisləyib30-07-2020, 10:05. Разместил: azadses |
Los-Anceles şəhərinin meri Erik Qarsetti Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə məktub ünvanlayaraq, 21 iyulda Baş Konsulluğun ofisi qarşısında azərbaycanlılara münasibətdə baş verən zorakılığı kəskin şəkildə qınadığını bildirib və hadisənin Los-Anceles Polis İdarəsi tərəfindən araşdırıldığını qeyd edib. Azad Səs-in məlumatına görə, bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsuluğundan məlumat verilib. Sərbəst toplaşmaq və söz azadlığının amerikan dəyərlərinin təməl daşları olduğunu və bu azadlıqların Los-Ancelesdə də uzun illərdir təmin olunduğunu deyən mer zorakılığın Los Ancelesdə yolverilməz olduğunu vurğulayıb. E.Qarsetti Los-Ancelesdə yaşayan Azərbaycan icmasının təhlükəsizliyinin təmin olunması istiqamətində səylərin davam etdiriləcəyini bildirib. Вернуться назад |