Главная > Manset > Daha 201 həmvətənimiz Moskvadan Bakıya gətirildi

Daha 201 həmvətənimiz Moskvadan Bakıya gətirildi


27-07-2020, 09:45. Разместил: azadses
Azərbaycanın Milli Aviadaşıyıcısı AZAL bu gün daha bir çarter reysi ilə Moskvadan COVID-19 pandemiyası səbəbindən Rusiyada qalmış soydaşlarımızı qaytarıb.
AZAL-dan verilən məlumata görə, reys ilə 201 nəfər soydaşımız Azərbaycana gətirilib.
Reysə COVID-19 testinin mənfi nəticəsini bildirən arayış təqdim edən sərnişinlər buraxılıb. Bakıya gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar.
Xatırladaq ki, çarter reysləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanmış plana əsasən həyata keçirilir.

Вернуться назад