Главная > Manset > Qardaş ölkədən Yunanıstana sərt cavab: “Bizans yuxusundan oyanmalıdırlar”

Qardaş ölkədən Yunanıstana sərt cavab: “Bizans yuxusundan oyanmalıdırlar”


25-07-2020, 10:57. Разместил: azadses
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Aya Sofiyanın muzeydən məscidə çevrilməsinə sərt münasibət sərgiləyən Yunanıstan hökumətinin rəsmilərinə cavab verib.  
“HaberGlobal” məlumat verir ki, Türkiyə XİN-nin sözçüsü Yunanıstan parlamenti və hökumətinə ünvanlanan müraciətində qeyd edib ki, Yunanıstan 567 ildir xilas ola bilmədiyi Bizans yuxusundan oyanmalıdır.
“Aya Sofiyada yenidən səcdəni həzm edə bilməyən Avropanın ərköyün uşağı yenə xəyala dalıb. Tarixdən lazım olan dərsi ala bilməyən irqçi başlar, şanlı bayrağımıza hörmətsizlik edənlər Egeydəki aqibətini xatırlamalıdır”, -deyə H.Aksoy Yunanıstana ünvanladığı cavabda qeyd edib.
Qeyd edək ki, ötən gün (iyulun 24-də) muzey kimi fəaliyyət göstərmiş Aya Sofiyada 86 ildən sonra ilk dəfə cümə namazı qılınıb.
Yunanıstan parlamenti və hökumətinin üzvləri bu hadisə ilə bağlı Türkiyənin ünvanına təhqiredici fikirlər söyləyib. Bir qrup yunanıstanlı isə Salonikidə Türkiyə bayrağını yandırıblar.

Вернуться назад