Главная > Manset > Türk komandanı:Qardaşlarımızla bir yerdəyik !
Türk komandanı:Qardaşlarımızla bir yerdəyik !21-07-2020, 10:27. Разместил: azadses |
Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general Ramiz Tahirovla Naxçıvan Əlahiddə Ümumqoşun ordunun komandanı, general Kərəm Mustafayev Türkiyəyə səfər çərçivəsində bu ölkənin müdafiə naziri, Silahlı Qüvvələrin Baş qərargah rəisi ilə danışıqlar aparıb. Azad Səs-in "TRThaber"ə istinadən məlumatına görə, Azərbaycan generalları Ermənistan ordusunun Tovuz istiqamətində həyata keçirdiyi xain təcüvüzün ardınca Türkiyəyə səfər ediblər. Məqsəd iki ölkə arasında hərbi-texniki əməkdaşlığa dair məsələləri müzakirə etməkdir. Bundan əvvəl Ramiz Tahirov və Kərəm Mustafayev Türkiyənin hərbi sənaye naziri və digər rəsmiləri ilə danışıqlar aparmışdılar. Ötən gün Ankarada baş tutan görüşdə Türkiyənin müdafiə naziri Hulusi Akar bir daha bəyan edib ki, hər cür hücumlara qarşı bundan əvvəl olduğu kimi bundan sonra da azərbaycanlı qardaşları ilə bərabər olacaqlar. Görüşdə Baş qərargah rəisi Yaşar Güler və müdafiə nazirinin müavini Muhsin Dere də iştirak ediblər. Səmimi mühitdə keçən görüşdə nazir Hulusi Akar Ermənistanın təcavüzünə qarşı bir daha Azərbaycana dəstək ifadə edib. “Biz Türkiyə dövləti olaraq, Türkiyə Silahlı Qüvvələri olaraq nə etməyimiz lazımsa bu günə qədər olduğu kimi bundan sonra da etməkdə davam edəcəyik. Bundan heç kimin şübhəsi olmasın”,- deyə Hulusi Akar bildirib. Вернуться назад |