Главная > Manset > Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin edildi

Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin edildi


20-07-2020, 16:05. Разместил: azadses
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mədəniyyət nazirinin birinci müavinin təyin edilməsi barədə sərəncam imzalayıb. 
Azad Səs-in məlumatına görə, sərəncama əsasən, Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini təyin edilib. 
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikası Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Mədəniyyət nazirinin birinci müavini Anar Qabil oğlu Kərimova verilib.
Prezident İlham Əliyev A.Kərimovun Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında da sərəncam imzalayıb. 
Bundan başqa, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də  dəyişikliklər edilib. Dövlət başçısının fərmanı ilə edilən dəyişikliyə əsasən, Mədəniyyət nazirinin birinci müavinlərinin sayı 2-yə çatdırılıb. 

Вернуться назад