Главная > Manset > Günün Qəhrəmanı General Polad Həşimov haqda bilmədikləriniz…

Günün Qəhrəmanı General Polad Həşimov haqda bilmədikləriniz…


14-07-2020, 17:47. Разместил: azadses
“Cəsur Generalın qorxaq əsgərləri olmaz” – qədim yapon atalar sözü
"Mən generalı çox vətənpərvər, peşəkar hərbçi kimi tanıyırdım. Öz Savadı, Hərbi Uzaqgörənliyi, Cəsurluğu və Şücaətinə görə Azərbaycanda gənc yaşında general rütbəsini alan nadir adamlardan idi... Onun bu həyatda bir arzusu var idi - Qarabağı azad etmək! Məhz bu səbəbdən hər an könüllü olaraq ön cəbhəyə atılırdı".
Azad Səs-in məlumatına görə, tanınmış hərbi reportyor, ANS Şirkətlər Qrupunun pezidenti Vahid Mustafayev bu sözləri bu gün Tovuzda həlak olmuş general-mayor Polad Həşimov barədə yazıb. Öz  fikirlərini  "Facebook"da  qələmə alan Vahid Mustafayev daha sonra davam edib:     
Yadımdadır, 2011-ci ildə Kəlbəcər ərazisindən qızıl çıxarılması və daşınmasına mane olmaq üçün şəxsən özünün başçılıq etdiyi əməliyyatla əsas dağlarda yerləşən ən vacib mövqeni ələ keçirərək, Azərbaycanın təbii sərvətlərinin düşmən əlinə keçməsinin qarşısını almışdı. Artıq Ermənistan üçün Kəlbəcər qızılını çıxarıb Yerevana nəql etmək qeyri-mümkün əməliyyatlardan birinə çevrilib.
Bundan əlavə, 2016-cı ilin aprel döyüşləri zamanı Talışdağ istiqamətində mövqeləri gücləndirərək açıq döyüşə girib və düşmən tərəfin onlarla əsgərini məhv etmişdi. O, aprel döyüşlərinin qəhrəmanı hesab edilirdi.
Qeyd edək ki, 2014-cü ilin 25 iyununda Azərbaycan Prezidentinin sərəncamı ilə polkovnik-leytenant Polad İsrayıl oğlu Həşimov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. 2019-cu ildə isə general-mayor rütbəsinə layiq görülüb.
Rəhmətliyin 42 yaşı var idi. Polad Həşimov Qəbələ rayonunun Vəndam kəndində anadan olub, Sumqayıtda yaşayırdı. Tez-tez görüşmürdük, amma hər dəfə görüşəndə deyirdi ki: "...Az qalıb, Çingizin qisasını alacağıq!".
Əziz Polad, Generalım, Allah sənə rəhmət eləsin. Bir xahişim var, Çingiz və digər Şəhid qardaşlarımıza bizim üzrxahlığımızı çatdır.

GENERAL POLAD HƏŞİMOV HAQDA BİLMƏDİKLƏRİNİZ…

GENERAL POLAD HƏŞİMOV HAQDA BİLMƏDİKLƏRİNİZ… “Cəsur Generalın qorxaq əsgərləri olmaz” – qədim Yapon atalar sözü Mən generalı çox vətənpərvər, peşəkar hərbçi kimi tanıyırdım. Öz Savadı, Hərbi Uzaqgörənliyi, Cəsurluğu və Şücaətinə görə Azərbaycanda gənc yaşında general rütbəsini alan nadir adamlardan idi... Onun bü həyatda bir arzusu var idi - Qarabağı azad etmək! Məhz bu səbəbdən hər an könüllü olaraq ön cəbhəyə atılırdı. Yadımdadır, 2011-ci ildə Kəlbəcər ərazisindən qızıl çıxarılması və daşınmasına mane olmaq üçün şəxsən özünün başçılıq etdiyi əməliyyatla əsas dağlarda yerləşən ən vacib mövqeni ələ keçirərək, Azərbaycanın təbii sərvətlərinin düşmən əlinə keçməsinin qarşısını almışdı. Artıq Ermənistan üçün Kəlbəcər qızılını çıxarıb Yerevana nəql etmək qeyri-mümkün əməliyyatlardan birinə çevrilib. Bundan əlavə, 2016-cı ilin aprel döyüşləri zamanı Talışdağ istiqamətində mövqeləri gücləndirərək açıq döyüşə girib və düşmən tərəfin onlarla əsgərini məhv etmişdi. O, aprel döyüşlərinin qəhrəmanı hesab edilirdi. Qeyd edək ki, 2014-cü ilin 25 iyununda Azərbaycan Prezidentinin sərəncamı ilə polkovnik-leytenant Polad İsrayıl oğlu Həşimov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. 2019-cu ildə isə general-mayor rütbəsinə layiq görülüb. Rəhmətliyin 42 yaşı var idi. Polad Həşimov Qəbələ rayonunun Vəndam kəndində anadan olub, Sumqayıtda yaşayırdı. Tez-tez görüşmürdük, amma hər dəfə görüşəndə deyirdi ki: "...Az qalıb, Çingizin qisasını alacağıq!". Əziz Polad, Generalım, Allah sənə rəhmət eləsin. Bir xahişim var, Çingiz və digər Şəhid qardaşlarımıza bizim üzrxahlığımızı çatdır...

Posted by Vahid Mustafa Yev on Tuesday, July 14, 2020


Вернуться назад