Главная > Manset > Təcili !Neytral ərazidə düşmənin təxribat törədən əsgər və zabitlərinin meyitləri var
Təcili !Neytral ərazidə düşmənin təxribat törədən əsgər və zabitlərinin meyitləri var13-07-2020, 14:21. Разместил: azadses |
İctimai kanalın "Radius" verilişinin aparıcısı Heydər Mirzə "Sabahın Xeyir Azərbaycan" verilişinə Tovuz rayonunun Ağdam kəndindən canlı bağlantı ilə qoşularaq sözügedən rayonunun Ermənistanla sərhəd bölgəsindəki vəziyyət barədə son məlumatı bölüşüb: "Biz gecə saat təxminən 2- dən Tovuz rayonunun Ağdam kəndindəydik. Gecə saat 2 və 3 ararsı artilleriya səsi eşidilirdi. Həm Azərbaycan, həm Ermənistan tərəfi artilleriyadan və minaatanlardan istifadə edirdi. Gecə saat 2- 5 arası davam edən atəş saat 5-də səngidi və yenidən başladı. Bu dəfə daha çox Azərbaycan artilleriyasının fəaliyyəti göz önündə idi. Erməni artilleriyasının atdığı mərmilər dağa-dərəyə düşür, yəni hədəfə çatmırdı. Bun baxmayaraq bəzi mərmilər kəndin içərisinə düşüb. Düşmən tərəf insanlar arsında panika yaymaq istəyir. Gecə əldə etdiyimiz məlumtalara görə düşmən tərəfi çalışdığı təxribat zamanı neytral deyilən ərazidə kifayət qədər xüsusi təyinatlı əsgər və zabiti qalıb ki, söhbət məhz ölü əsgər və zabitlərdən gedir. Bu gecə onların meyitlərini oradan götürmək istəyirmiş, lakin bu alınmayıb. Müşahidələrimiz onu göstərir ki, burada nə həyacan, nə də xüsusi əməliyyat əhval- ruhiyyəsi var. Sanki hərbçilərimiz gündəlik iş rejimindədir. Kənd əhalisi də gündəlik fəaliyyətindədir və heç bir panika yoxdur". Вернуться назад |