Главная > Manset > Peskov RF və Azərbaycan sərhədindəki vəziyyət barədə
Peskov RF və Azərbaycan sərhədindəki vəziyyət barədə18-06-2020, 10:31. Разместил: azadses |
Kremldə hesab edirlər ki, Dağıstanla Azərbaycan sərhədində meydana gələn çətinliklər öz həllini tapacaq, vəziyyətə anlayışla yanaşırlar. Azad Səs-in məlumatına görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. “Hazırda orada mövcud çətinliklərə anlayışla yanaşırıq, orada daha sərt özünütəcrid rejimi davam edir, lakin əlaqələr həyata keçirilir, onlar davam edir. Biz ümid edirik ki, nəticədə bu problemin həllinə imkan verən həllər tapılacaq”, - Peskov Dağıstanla Azərbaycan sərhədində vəziyyəti şərh edərkən bildirib. Onun sözlərinə görə, Rusiya və Azərbaycan liderləri bu mövzu ilə bağlı əlaqə saxlamayıblar. Eyni zamanda, Peskov Azərbaycan tərəfinin hərəkətlərini şərh etməyib. O xatırladıb ki, vəziyyət təcrid rejimi tətbiq olunduğu andan meydana gəlib. “Həqiqətən, Dağıstan hpkuməti həmin anda Azərbaycana qayıtmaq istəyən Azərbaycan vətəndaşları üçün çox operativ şəkildə çadır şəhərciyi qurublar, lakin sərhədlər bağlı idi”, - Peskov qeyd edib. O əlavə edib ki, Rusiya və Azərbaycan tərəfləri diplomatik kanallar, həmçinin sərhəd sahəsi üzrə əlaqədə olublar. Peskovun sözlərinə görə, müvafiq orqanlar hərəkətlərini əlaqələndirib, Dağıstan rəjbəri isə meydana gələn vəziyyətlə bağlı RF prezidentinə məruzə edib. “Öncədən bu məlum olan vəziyyətdir, mən yalnız Dağıstan rəhbərli adından danışa bilərəm, onlar bu vəziyyəti tənzimləmək üçün əlləriindən gələni ediblər, bu qəsdən yaradılan deyil, koronavirus səbəbindən düşdüyümüz vəziyyətlə əlaqədardır”, - prezidentin mətbuat katibi bildirib. Вернуться назад |