Главная > Manset > Həftə sonu sərt karantin olacaq?
Həftə sonu sərt karantin olacaq?18-06-2020, 09:36. Разместил: azadses |
İbrahim Məmmədov: Bu həftə sonunda sərt karantin tədbirlərinin tətbiqi ilə bağlı hələ qərar verilməyib Koronavirus pandemiyası ilə əlaqədar bu həftə sonunda sərt karantin tədbirlərinin tətbiq edilməsi ilə bağlı hələ qərar verilməyib. Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, bu barədə qərar olan kimi ictimaiyyətə açıqlama veriləcək. Qeyd edək ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı daha əvvəl Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə bu həftənin cümə və şənbə günlərində sərt karantin rejimi tətbiq oluna biləcəyini demişdi. Вернуться назад |