Главная > Manset > Sevənləri Çingiz Mustafayevi məzarı başında yad etdilər - FOTOLAR

Sevənləri Çingiz Mustafayevi məzarı başında yad etdilər - FOTOLAR


17-06-2020, 15:47. Разместил: azadses
Milli Qəhraman Çingiz Mustafayev şəhadətinin 28-ci ilində Şəhidlər Xiyabanındakı məzarı başında anılıb.

Telejurnalistin anım günü ilə əlaqədar olaraq başda ANS Şirkətlər Qrupunun prezidenti, qardaşı Vahid Mustafayev, Seyfulla Mustafayevlər başda olmaqla azdses.az,aztimes.az komandası, ailə üzvləri, dostları, həmkarları, ANS-çilər Milli Qəhrəmanın məzarını ziyarət ediblər. Onun məzarına güllər düzülüb, ruhuna dualar oxunub. 
Onun vətənpərvərliyi, göstərdiyi qəhrəmanlıqlar xatırlanıb. Əslində, ermənilər Milli Qəhrəman Çingiz Mustafayevi 1992-ci il iyunun 15-də qətlə yetirmişdilər, iyunun 15-i karantin gününə düşdüyünə görə, sevənləri onun məzarını iyunun 17-də ziyarət etməli oldular. Pandemiya şərtlərinə uyğun olaraq  keçirilən mərasimdə ermənilərin Xocalı soyqırımında törətdikləri vəhşilikləri dünyaya tanıtmış Çingiz Mustafayevin qardaşları Vahid və Seyfulla Mustafayevlər, Milli Qəhrəmanın ən yaxın dostları, qohumları və onun qəhrəmanlıq yolunu sevənlər toplaşmışdı. 
Mərasimdə Çingiz Mustafayevin erməni faşizminin iç üzünü açmaq üçün apardığı böyük mübarizədən danışıldı. Onun müstəqil Azərbaycanın gəncliyi üçün əbədi örnək və qəhrəmanlıq ünvanı olaraq qalacağı bildirildi.


Вернуться назад