Главная > Manset > Gələn həftə 3 gün evdə qalacağıq?
Gələn həftə 3 gün evdə qalacağıq?7-06-2020, 14:11. Разместил: azadses |
Koronavirusun kütləvi yayılmasının qarşısını almaq məqsədilə Azərbaycanda paytaxt Bakıda və bir sıra bölgələrdə tətbiq edilən həftəsonu “evdə qal” tədbiri bir müddət davam edəcək. Azad Səs xəbər verir ki, bu həftə yaşayış yerini və olduğu yeri tərk etməmək şənbə və bazar günlərinə tətbiq edildi. Gələn həftə isə bu qadağanın şənbə-bazar və bazar ertəsi günlərində tətbiq ediləcəyi gözlənilir. Bazar ertəsi 15 iyun “Qurtuluş günü” – qeyri-iş günü olduğu üçün iyunun 13, 14 və 15-i günlərində “evdə qal” tədbirinin tətbiq olunacağı bildirilir. Qeyd edək ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı ölkədə yoluxma sayının artmasına və nəticədə indiki vəziyyətin yaranmasına səbəb kimi hələ də cəmiyyətdə bəzi insanların virusun varlığına inanmamalarıbı göstərib. TƏBİB-in rəhbəri onu da qeyd etdi ki, həftəsonu tətbiq edilən sərt karantin qaydalarına təsadüfi gedilməyib və bunun dünyada tətbiq edilərək nəticə əldə olunan çoxsaylı elmi əsasları var. TƏBİB sədri onu da qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah istənilən qərarı verməzdən öncə bütün təkliflər geniş şəkildə müzakirə olunur. Qərarlar isə həmişə insanlara minimal mənfi təsir edəcək şəkildə qəbul edilir. Həftəsonları sərt karantin qaydalarının tətbiqinin nə vaxt ləğv ediləcəyi isə vətəndaşların sanitar gigiyena təlimatlarına düzgün əməl etmələrindən asılı olacaq. Вернуться назад |