Главная > Manset > Merkel Trampla savaşdı - G7 zirvəsinə getməyəcək

Merkel Trampla savaşdı - G7 zirvəsinə getməyəcək


30-05-2020, 11:39. Разместил: azadses
Almaniya Kansleri Angela Merkel G7 sammitində iştirakdan imtina etdi.
Azad Səs "Ren TV"yə istinadən bildiriri ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Steffen Zaybert "Politico"ya  bildirib.
“Federal kansler prezident Trampa iyunun sonunda Vaşinqtonda G7 sammitinə dəvət etdiyinə görə təşəkkür edir. Bu gün, pandemiya ilə bağlı ümumi vəziyyəti nəzərə alaraq, Vaşinqton səfərində şəxsi iştirakını qəbul edə bilməz”,- deyə o vurğulayıb.
Eyni zamanda, o, Merkelin dünyada COVID-19 ilə vəziyyətin inkişafını izləməyə davam edəcəyini vurğulayıb.
"Politico"nun yazdığına görə, daha öncə həftə içində telefon danışığı zamanı Merkel və Tramp NATO, Çinə münasibət və "Şimal axını - 2" lsyihəsinin gerçəkləşdirilməsi iıə bağlı ciddi mübahisə ediblər.

Вернуться назад