Главная > Manset > DİN-dən iş adamının silahının itməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
DİN-dən iş adamının silahının itməsi ilə bağlı RƏSMİ AÇIQLAMA14-05-2020, 09:23. Разместил: azadses |
Daxili İşlər Nazirliyi “İmişli Quşçuluq” MMC-nin rəhbəri Əlif Heydərova məxsus tüfəngin itməsi barədə məlumata münasibət bildirib. DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, “İmişli Quşçuluq” MMC-nin rəhbəri Əlif Heydərov may ayının 12-də İmişli Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, bir müddət əvvəl özünə məxsus “MLS 2121” markalı tüfəngin naməlum şəraitdə itməsi barədə məlumat verib. Hazırda RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar davam etdirilir. Hazırda RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar davam etdirilir. Вернуться назад |