Главная > Manset > Xaricdən təxliyə olunan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

Xaricdən təxliyə olunan Azərbaycan vətəndaşlarının sayı açıqlandı


13-05-2020, 16:24. Разместил: azadses
“Mayın 5-də quru sərhədi vasitəsilə 94 nəfər vətəndaşımızın İrandan Azərbaycana keçidi təmin olunub".
Azad Səs-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Oeprativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, İstanbuldan mayın 7-də 212 vətəndaş ölkəyə gətirilib: ”Mayın 8-də Daşkənddən 50 nəfər, mayın 11-də Baltikyanı ərazilərdəndən 52 nəfər, mayın 12-də Rusiyada təhsil alan azərbaycıların ölkəyə gətirilməsi təmin edilib. 124 nəfər Minskdən gətirilməsi həyata keçirilib. 14 mayda isə Kiyevdən 198 nəfərin ölkəyə gətirilməsi nəzərdə tutulur. Ölkəyə gətirilən şəxslər karantin müəssisələrinə yerləşdirilir və lazımi yardım göstərilir".

Вернуться назад