Главная > Manset > DSX-nin vəzifəli şəxsləri ilə bağlı cinayət işi başlanıldı
DSX-nin vəzifəli şəxsləri ilə bağlı cinayət işi başlanıldı13-05-2020, 15:17. Разместил: azadses |
Baş Prokurorluq Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil mühafizəsinin vəzifəli şəxslərinin qanunsuz əməllərinin ifşa edilməsi ilə bağlı keçirilən əməliyyata münasibət bildirib. Azad Səs-in məlumatına görə, Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, DSX-nin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməlləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. O qeyd edib ki, detalları barədə əlavə məlumat veriləcək. Qeyd edək ki, rəsmi məlumata əsasən, DTX və Baş Prokurorluq tərəfindən həyata keçirilən birgə əməliyyat-istintaq tədbirləri nəticəsində DSX-nin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb. Вернуться назад |