Главная > Manset > Ata Abdullayevə 7 il həbs verildi

Ata Abdullayevə 7 il həbs verildi


28-12-2021, 16:18. Разместил: admin
İnsanları şantaj edərək pul almaqda təqsirləndirilən bloqer Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi sona çatıb.

“Azadsəs.az” xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu prosesdə A.Abdullayev məhkəmədə ağlayaraq son söz deyib: “Başqa müstəvidə günahımın nədən ibarət olduğunu bilirəm, buna görə dəfələrlə üzr istəyirəm. Mən bilirəm ki, nəyə görə buradayam”.

Məhkəmənin hökmü ilə Ata Abdullayev 7 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, özünü bloqer kimi təqdim edən A.Abdullayev bu ilin martında DTX əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham elan edilib. Cinayət işi üzrə 4 zərərçəkmiş olub. Onlardan biri keçmiş MTN işçisi, biri Abşeron İcra Hakimiyyətinin əməkdaşı, digər ikisi isə sahibkar olub.

Ata Abdullayev daha əvvəl də iki dəfə cinayət törədib. 2004-cü ildə hərbi xidmətdən yayındığına görə, 2014-cü ildə isə kibercinayətkarlıq ittihamı ilə ona cəza verilib.
Вернуться назад