Главная > Manset > Vahid Mustafayev Heydər Əliyevin nadir videosunu paylaşdı - VİDEO

Vahid Mustafayev Heydər Əliyevin nadir videosunu paylaşdı - VİDEO


11-05-2020, 09:59. Разместил: azadses
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev Ulu Öndər Heydər Əliyevin 18 il öncəyə aid görüntüsünü paylaşdı. 
Azad Səs-in məlumatına görə, Vahid Mustafayevin öz "Facebook" səhifəsində etdiyi paylaşım bu sözlərlə başlayır: 
HEYDƏR BABA, BU GÜN SƏNİN 97-Cİ AD GÜNÜNDÜR! 
2002-cı ildə Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu səni layiqincə 2002-ci ilin adamı seçdi.
Mərasimdəki çıxışında qardaşımız Çingiz, ANS, Ailəmiz haqqında və ümumiyyətlə Azərbaycan və onun imkişafı haqda səsləndirdiyin dəyərli ifadələr və nəsiyyətlərinə görə dərin təşəkkürümüzü bildiririk. Həyat çətindir, amma bu müvəqqəti çətinliklərə və heç nəyə baxmayaraq biz ANS-çilər sənin nəsiyyətlərinə indi də sadiqik!
ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN!
PS. Əziz oxucularımdan xahiş edirəm, bu vacib çıxışı sonacan izləsinlər - Azərbaycanımızın Mediası üçün çox vacib nəsiyyətlər var burda! Şəhriyarın HEYDƏR BABA şeiri ilə Sizi tək buraxıram!
Heydər Baba kəklikliklərin uçanda
Kol dibindən dovşan qalxıb qaçanda
Bağçaların çiçəklənib açanda
Bizdən də bir mümkün olsa, yad elə,
Açılmayan ürəkləri şad elə...
Heydə Baba, gün dağını dağlasın
Üzün gülsün, bulaqların ağlasın
Uşaqların bir dəstə gül bağlasın
Yel gələndə ver gəlsin bu yana
Bəlkə mənim yatmış bəxtim oyana...
Heydər Baba, igid əmək itirməz
Ömür keçər,əfsus, belə bitirməz
Namərd olan ömrü başa yetirməz
Biz də vallah unutmarıq sizləri
Görəməsək, halal edin bizləri...
Heydər Baba, şeytan bizi azdırıb,
Məhəbbəti ürəklərdən qazdırıb,
Qara günün sərnöyüştün yazdırıb,
Salıb xalqı bir birinin canına
Barışığı bələşdirib qanına.
Göz yaşına baxan olsa, qan axmaz
İnsan olan xəncər belinə taxmaz
Amma, heyif, kor tutduğun buraxmaz
Behiştimiz cəhənnəm olmaqdadır
Zilhəccəmiz məhərrəm olmaqdadır...

HEYDƏR BABA, BU GÜN SƏNİN 97-Cİ AD GÜNÜNDÜR!

HEYDƏR BABA, BU GÜN SƏNİN 97-Cİ AD GÜNÜNDÜR! 2002-cı ildə Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu səni layiqincə 2002-ci ilin adamı seçdi. Mərasimdəki çıxışında qardaşımız Çingiz, ANS, Ailəmiz haqqında və ümumiyyətlə Azərbaycan və onun imkişafı haqda səsləndirdiyin dəyərli ifadələr və nəsiyyətlərinə görə dərin təşəkkürümüzü bildiririk. Həyat çətindir, amma bu müvəqqəti çətinliklərə və heç nəyə baxmayaraq biz ANS-çilər sənin nəsiyyətlərinə indi də sadiqik! ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN! PS. Əziz oxucularımdan xahiş edirəm, bu vacib çıxışı sonacan izləsinlər - Azərbaycanımızın Mediası üçün çox vacib nəsiyyətlər var burda! Şəhriyarın HEYDƏR BABA şeiri ilə Sizi tək buraxıram! Heydər Baba kəklikliklərin uçanda Kol dibindən dovşan qalxıb qaçanda Bağçaların çiçəklənib açanda Bizdən də bir mümkün olsa, yad elə, Açılmayan ürəkləri şad elə... Heydə Baba, gün dağını dağlasın Üzün gülsün, bulaqların ağlasın Uşaqların bir dəstə gül bağlasın Yel gələndə ver gəlsin bu yana Bəlkə mənim yatmış bəxtim oyana... Heydər Baba, igid əmək itirməz Ömür keçər,əfsus, belə bitirməz Namərd olan ömrü başa yetirməz Biz də vallah unutmarıq sizləri Görəməsək, halal edin bizləri... Heydər Baba, şeytan bizi azdırıb, Məhəbbəti ürəklərdən qazdırıb, Qara günün sərnöyüştün yazdırıb, Salıb xalqı bir birinin canına Barışığı bələşdirib qanına. Göz yaşına baxan olsa, qan axmaz İnsan olan xəncər belinə taxmaz Amma, heyif, kor tutduğun buraxmaz Behiştimiz cəhənnəm olmaqdadır Zilhəccəmiz məhərrəm olmaqdadır...

Posted by Vahid Mustafa Yev on Sunday, May 10, 2020


Вернуться назад