Главная > Manset > Daha bir azərbaycanlı Almaniyada koronavirusa yoluxub

Daha bir azərbaycanlı Almaniyada koronavirusa yoluxub


6-05-2020, 09:24. Разместил: azadses
Almaniyada qaçqın yataqxanasında qalan 34 yaşlı Azərbaycan vətəndaşı koronavirusa (COVID-19) yoluxub.
Azad Səs-in məlumatına görə, Düsseldorf şəhər Səhiyyə İdarəsindən deyilib ki, ötən gün 140 sığınacaq axtaranın qaldığı yataqxanada koronavirusa görə götürülən test nümunələrindən 6-sı pozitiv çıxıb.
Bundan sonra ərazi karantin altına alınıb, koronavirusa yoluxanlar yaxınlıqdakı xəstəxanalara köçürülüblər. Sözügedən yataqxanada qalan soyadaşlarımız “Report”a bildirib ki, koronavirus testi müsbət çıxanlardan biri Azərbaycan vətəndaşıdır. 34 yaşlı soydaşımız 2019-cu ildə Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyib. Elə həmin il Almaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsi (BAMF) onun sığınacaq istəyini rədd edərək, barəsində deportasiya qərarının çıxarılması üçün Düsseldorf şəhər İdarə Məhkəməsinə müraciət edib.
Avropanı cənginə alan koronavirus pandemiyasına görə, Almaniya sərhədlərini bağladığı üçün onun ölkədən çıxarılması qeyri-müəyyən vaxta təxirə salınıb.


Вернуться назад