Главная > Manset > ABŞ-ın koronavirusun mənşəyi ilə bağlı iddialarına ÜST-dən cavab gəldi

ABŞ-ın koronavirusun mənşəyi ilə bağlı iddialarına ÜST-dən cavab gəldi


5-05-2020, 10:42. Разместил: azadses
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə sahəsində Fövqəladə Hallar üzrə Proqramının direktoru Maykl Rayan ABŞ-ın COVID-19-un laboratoriya mənşəli olması barədə iddialarına münasibət bildirib.
Bu barədə TASS məlumat yayıb.M.Rayan bildirib ki, ÜST virusun laboratoriya mənşəli olması barədə informasiyaya malik deyil.
“Əgər ABŞ-da bu cür məlumat varsa, həmin informasiyanı nə vaxt və necə bölüşəcəklərinə özləri qərar verməlidir”, - deyə M.Rayan bildirib.
M.Rayan ÜST-ün hazırda topladığı məlumatlar əsasında çalışdığını və həmin informasiyaların koronavirusun təbii mənşəli olduğunu göstərdiyini qeyd edib.



Вернуться назад